Yuxarı

Məktəblər açıla bilər - Təhsil eksperti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblər açıla bilər - Təhsil eksperti

Məktəblərin və digər təhsil müəssisələrinin erkən açılması məsələsi təkcə təhsil sektorundakı insanları, məktəbliləri, tələbələri və onların valideynlərini deyil, bütün cəmiyyətimizi narahat edir.

Axar.az xəbər verir ki, bu barədə Media.az-a açıqlamasında təhsil sahəsində ekspert, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib.

O, virtual təhsilin ənənəvi forma ilə müqayisə edilməyəcəyini, fərqin göz qabağında olduğunu vurğulayıb.

"Digər bir məsələ isə telekommunikasiya və proqram-texniki platformalarının keyfiyyəti baxımından ölkəmizin distant təhsilə nə dərəcədə hazırlığından asılı olmayaraq, bu təhsil formasının təhsil qanunvericiliyimizdə öz əksini tapmasıdır”, - deyə müsahib əlavə edib.

Şura sədrinin müavini tədris müəssisələrinin tədricən ənənəvi təhsil formasına keçməsini də istisna etməyib:

"Bu, bir sıra ölkələrdə, eləcə də Azərbaycanda koronavirusun yayılma dinamikasında müəyyən bir sabitləşmənin olması, xüsusi karantin rejimi çərçivəsində bəzi məhdudiyyətlərin yumşaldılma qərarı və təbii ki, koronavirusa qarşı peyvəndin başlanması ilə əlaqədardır”.

Ekspert ilin ikinci yarısında dərslərin hansı formada başlamasından asılı olmayaraq, klassik metodları və yeni texnologiyaları özündə birləşdirən "hibrid” alternativ təhsilin vəziyyətdən asılı olaraq inkişaf etməyə və zəruri halda istifadəsinə davam ediləcəyini bildirib.

"Bu gün biz proqnozlara və gözləntilərə deyil, real vəziyyətə əsaslanaraq hərəkət etməliyik”, - deyə Nadir İsrafilov sözlərini yekunlaşdırıb.

Tarix
2021.01.20 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla