Yuxarı

İnternetdə fikir və söz azadlığı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnternetdə fikir və söz azadlığı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyini "İnternetdə fikir və söz azadlığı" mövzusunda "dəyirmi masa" keçirəcək.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, iyunun 4-də baş tutacaq tədbir Azərbaycanda həyata keçirilən "İnsan hüquqları aylığı" çərçivəsində reallaşacaq. Bu barədə nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

Dəyirmi masada Azərbaycanda internetin azadlığından, insanların sərbəst şəkildə özünü ifadə imkanlarından, bu istiqamətdə olan qanunvericilikdən, dünya təcrübəsindən və inkişaf perspektivlərindən söz açılacaq.

Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri, bu ilin birinci yarısında insan hüquqları sahəsində görülən işlər haqqında məlumatları, insan hüquqlarının daha səmərəli təmini ilə əlaqədar təkliflərini ombudsmana təqdim edəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə İnsan Hüquqları Günü kimi qeyd olunur. Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, mayın 18-dən iyunun 18-dək respublikamızda "İnsan hüquqları aylığı" keçirilir.

Tarix
2015.05.26 / 13:55
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla