Yuxarı

Bakıda qadını doğrayıb zibil qutusuna atdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi rayon prokurorluğu qadın meyitinin tapılması hadisəsi ilə bağlı məlumat yayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

“Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - məlumatda bildirilib.

Tarix
2021.01.27 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla