Yuxarı

Əyani tədris bu formada olacaq – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əyani tədris bu formada olacaq – Rəsmi

Əyani tədris keçirilən məktəblərdə şagird sayı çox olan siniflər qruplara bölünəcək. Bu məktəblərdə mütəmadi olaraq monitorinqlər aparılacaq və ictimaiyyətə məlumat veriləcək.

Axar.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, tədrisdə növbəlilik tətbiq olunacaq və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə, yeməkxanalarda və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulur:

“Operativ nəzarət üzrə məsul şəxslər təyin olunacaq. Təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçüləcək, bədən hərarətinin 37,1 dərəcədən yüksək olduğu müəyyən edildikdə onların müəssisəyə daxil olmasına icazə verilməyəcək. Tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsi də yolverilməzdir. Əyani formada tədris və təlim prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunacaq.

Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin ediləcək”.

M.Vəliyeva qeyd edib ki, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər arasında minimum 1,5 metr sosial məsafə təmin olunacaq.

Tarix
2021.01.27 / 13:28
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla