Yuxarı

Ağdaşda dəhşətli qəza: 3 ölü, 4 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdaşda dəhşətli qəza: 3 ölü, 4 yaralı

10:43

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində “Mersedes” və VAZ markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri “Mersedes” markalı minik avtomobilindən, 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Hadisə nəticəsində Ağdaş rayon sakinləri 1961-ci il təvəllüdlü Rahilə Namət qızı Əhmədova, 2008-ci il Rahilə Teymur qızı Əhmədova, 1984-cü il təvəllüdlü Teymur Səməd oğlu Əhmədov aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, Dursun Qiyas qızı İsmayılova, Xəzan Fikrət qızı Əlizadə, Təbriz Teymur oğlu Əhmədov, İqbal Elton oğlu Sadiqli ağır xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tarix
2021.02.07 / 12:17
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla