Yuxarı

Ordumuzda andiçmə mərasimi keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzda andiçmə mərasimi keçirildi - Foto

Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, fevralın 7-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, mərasimlər Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlığı gənc əsgərləri hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.

Tarix
2021.02.07 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla