Yuxarı

Cibuti deputatları Xocalı soyqırımını yad etdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 21-də Milli Məclisdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşəbbüsü ilə Cibuti Respublikası Milli Assambleyasının deputatları ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, onlayn formatda keçirilən konfransa Azərbaycanın Cibutidə akkreditə olunmuş Efiopiyadakı səfirliyinin və Cibutinin Moskvadakı səfirliyinin nümayəndələri də qoşulublar.

Görüşdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliabbas Salahzadə videokonfrans iştirakçılarını səmimiyyətlə salamlayıb. Xocalı soyqırımı qurbanlarının yad edilməsinin 29-cu ildönümünə toplaşmış Cibuti təmsilçilərinin nəzərinə çatdırıb ki, Xocalı soyqırımı 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və terror siyasətinin ən qəddar, ən qandondurucu səhifəsidir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini işğal edərkən mülki əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Həmin hərbi təcavüz zamanı 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 nəfər yaşlı insan xüsusi qəddarlıqla qətlə yetirilib; 8 ailə tam məhv edilib; 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum olunub; 487 dinc sakin yaralanıb; girov götürülən 1 275 nəfərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Cibuti Respublikası Milli Assambleyasının 2017-ci il yanvarın 11-də Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verən qətnamə qəbul etdiyinə diqqət yönəldən Əliabbas Salahzadə soyqırımın dünya birliyi tərəfindən tanınması yolunda bu sənədin çox mühüm addım olduğunu vurğulayıb və dərin təşəkkürünü bildirib.

Görüşdə Cibuti parlamentarlarına məlumat verilib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğala 2020-ci ilin 10 noyabrında son qoyulub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsi müzəffər Ordumuzun parlaq qələbəsi ilə başa çatıb.

Videokonfransda Cibuti parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Safia Elmi Cibril ölkəsinin Prezidentinin və Milli Assambleya sədrinin, həmçinin bütün deputatların salamlarını azərbaycanlı həmkarlarına çatdırıb. Vurğulayıb ki, Cibuti Respublikası həm parlament, həm də hökumət səviyyəsində Azərbaycanı dəstəkləyir: "Ölkə və xalq olaraq hər zaman Azərbaycanın yanındayıq. 44 günlük Vətən müharibəsində qazandığınız Zəfəri təbrik edir, şəhidlərinizə Allahdan rəhmət diləyirik. Çox sevinirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi".

Cibuti Milli Assambleyasının deputatı Əhməd Həsən Məhəmməd Azərbaycanla həmrəyliklərindən söz açıb, Xocalı soqırımına dair 2017-ci ildə qəbul etdikləri qətnamədən danışıb. 44 günlük Vətən müharibəsi dövründə daim Azərbaycanı düşündüklərini, Zəfər yolunda çəkilən əziyyətləri başa düşdüklərini, ərazi bütövlüyümüzün təmin olunmasından xoşbəxtlik duyduqlarını diqqətə çatdırıb. Bakıya səfərini yad edərək Azərbaycanı nümunəvi ölkə kimi gördüklərini deyib.

Cibuti Milli Assambleyasının deputatı Abdullah Barkat İbrahim əlaqələrimizin daha da möhkəmlənməsini, əməkdaşlığın genişlənməsini istədiklərini bildirib. Qeyd edib ki, bunun üçün böyük perspektivlər var.

Görüşdə pandemiya şəraitinin çətinliklərindən, dünya miqyasında iqtisadiyyata dəyən zərərdən, insan tələfatından da bəhs olunub. COVID-19 infeksiyasına qarşı ölkələrin birgə mübarizə aparmasının vacibliyi qeyd edilib.

Söhbətdə ölkələrimiz arasında təcrübə mübadiləsinin faydalı olacağına əminlik ifadə olunub, qarşılıqlı dəvətlər səslənib. Azərbaycanın nəqliyyat sahəsində Cibutiyə dəstək verməsi minnətdarlıqla qeyd edilib.

Görüş zamanı Milli Məclisin deputatları Vüqar İsgəndərov, Anar Məmmədov və Emin Hacıyev bir sıra mühüm məqamlara toxunublar.

Cibuti deputatlarının nəzərinə çatdırılıb ki, fevralın 26-da hər il dünyanın bir çox ölkələrində qeyd olunan “Xocalıya ədalət!” kampaniyasına Cibutinin də qoşulması və bu kampaniyanı dəstəkləməsi arzu ediləndir.

Videokonfransda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2021.02.21 / 20:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla