Yuxarı

Ölkənin yol polisləri Bakıya gətirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkənin yol polisləri Bakıya gətirildi - Video

Ölkənin rayon və şəhərlərində qeydiyyatda olan avtomobillərin Bakıya girişinə qoyulmuş qadağa ilə əlaqədar Azərbaycanın bütün bölgələrindən Dövlət Yol Polisi əməkdaşları Bakıya ezam edilib.

APA TV-nin məlumatına görə, əyalətlərdən ezam edilən yol polisi dəstələri Bakıda yol hərəkətinin nizamlanmasına yardım edir.

Qeyd edək ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması məqsədilə iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinin hərəkətinə isə müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.

Bu səbəbdən qeyd olunan ərəfədə piyadaların və nəqliyyat vasitələrinin şəhər daxilində rahat və fasiləsiz hərəkətinin təşkili ilə əlaqədar paytaxta gəlmək istəyən rayon sakinlərinə xəbərdarlıq edilib ki, həmin müddətdə rayon qeydiyyatında olan fərdi minik avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını nəzərə alsınlar. Əhalidən, həmçinin həmin müddətdə sərnişinlərin istifadəsinə veriləcək müasir, komfortlu ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur.

Rayon qeydiyyatı olan avtomobillər üçün paytaxtın iki girişində xüsusi dayanacaqlar yaradılıb. Dayanacaqlar paytaxtın qərb istiqamətində girişi üçün Qaradağda, şimal ərazisindən gələnlər üçün isə "Xırdalan dairəsi" ərazisində yerləşir. Həmin dayanacaqlarda rayondan gələn avtomobillər saxlanılacaq.

Bakıya yalnız ərzaq və kənd təsərrüfatı məhsulları gətirən avtomobillər buraxılır. Amma onlar üçün də saat məhdudiyyəti var. Həmin maşınlar gecə yarısından səhər saat 5.00-a qədər paytaxta daxil ola bilərlər.

Bakının mərkəzinə böyük yük maşınları da buraxılmır. Şəhərin müxtəlif ərazilərində xüsusi postlar yaradılıb və 24 saat ərzində yol polisi əməkdaşları növbə çəkir.

Məlumat üçün bildirək ki, Bakıya giriş qadağası Sumqayıt şəhəri və Abşeron rayonunda qeydiyyatda olan maşınlara da aiddir.

Tarix
2015.06.02 / 14:33
Müəllif
Axar.az
Digər xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla