Yuxarı

Qar yağdı, şaxta vurdu, korona öldü? - İnfeksionist

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qar yağdı, şaxta vurdu, korona öldü? - İnfeksionist

Ötən gündən etibarən paytaxtda bir neçə ildən sonra qarın yağması və temperaturun ən aşağı səviyyəyə düşməsi müşahidə edilib. Bəzi şəxslər uzun illərdən sonra Bakıya yağan bu qarın koronavirusun məhv olmasında önəmli rol oynacağını iddia edirlər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə koronavirusun qardan sonra məhv olma ehtimalının olmadığını, əksinə, havanın temperaturu nə qədər aşağı düşərsə, onun bir o qədər daha çox xəstəlik törətmək qabiliyyətinə malik olduğunu qeyd edib:

“Koronavirus infeksiyası hava-damcı infeksiyalarına aiddir. Məlumdur ki, hava-damcı infeksiyaları mövsümü olaraq ilin soyuq aylarında yayılır. Amma müşahidələrimiz onu da göstərdi ki, bu virus ötən il soyuq aylarda yayıldığı kimi, yay aylarında da geniş yayıldı.

Ümumiyyətlə isə koronaviruslar mənfi temperatura daha davamlıdırlar. Onlar hətta donur, donun açılmasından sonra isə öz həyat fəaliyyətlərini saxlayaraq xəstəlik törədə bilirlər.

Qarın yağması ilə hava ekoloji olaraq təmizlənə bilər, amma virusoloji olaraq koronavirusdan təmizlənə bilməz. Yəni qar yağması ilə koronavirusun məhv olmasını düşünmək düzgün deyil. Onu da qeyd edim ki, qar yağanda, hava şaxtalı olanda heç qrip virusları da ölmür. Əksinə, qrip virusları mənfi 70 dərəcə temperaturda belə yaşaya bilirlər.

Yəni qar yağdı, hava şaxtalı oldu deyə, qrip və koronaviruslar öldü düşünmək düzgün deyil. Bu viruslar şaxtalı havada isti havalara nisbət daha yaxşı həyat fəaliyyətini davam edirlər”.

Tarix
2021.02.25 / 08:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla