Yuxarı

Sumqayıt yolunda tıxac nə vaxt bitəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt yolunda tıxac nə vaxt bitəcək?

"Bakı-Sumqayıt qatarının istifadəyə verilməsi nəticəsində iri avtobuslar, müəyyən marşrutlar ləğv olunacaq".

Bunu Axar.az-a nəqliyyat eksperti Məzahir Rüstəmov Bakı-Sumqayıt qatarının istifadəyə verilməsilə bağlı açıqlamasında bildirib:

"Düşünürəm ki, bunun da nəticəsində iri avtobuslar, müəyyən marşrutlar ləğv olunacaq. Bakı-Sumqayıt arasında müəyyən şəxslər avtobuslardan yox, taksilərdən və ya taksi xidməti göstərə biləcək avtomobillərdən imtina edəcəklər. Bu da təbii ki, Bakıda tıxacların qarşısının alınmasına təsir göstərəcək. Sovet dövrünün təcrübəsindən də bəllidir ki, belə elektrik qatarları öz sözünü deməyi bacarır. Bunun baş verməsi sevindirici haldır".

Nəqliyyat eksperti Azər Allahverənov isə Bakı-Sumqayıt qatarından istifadə zamanı vaxt itkisinə qənaət olunacağını qeyd edib:

"Şübhəsiz ki, Bakı-Sumqayıt arasında olan yol infrastrukturunda bu gün müəyyən gərginliklər yaşanmaqdadır. Müəyyən pik saatlarında tıxaclar olur. Bakı və Sumqayıtı əlaqələndirən sürətli qatar istifadəyə verilən zaman əhalinin müəyyən bir qismi mütləq şəkildə bu sürət qatarlarına müraciət edəcəklər. Ən əsası ona görə ki, burada vaxt itkisi olmayacaq, digər tərəfdən bu qatarlar kifayət qədər komfortlu qatarlardır. Burada gələcəkdə wi-fi sisteminin quraşdırılması nəzərdə tutulur. Tutaq ki, şəhərin mərkəzində olan şəxs Sumqayıta gəlməlidir. O, əvvəlcə 20 Yanvara, oradan Avtovağzala gəlməli, Avtovağzalda isə Bakı-Sumqayıt avtobusuna minməlidir. Bu, aşağı-yuxarı saat yarım vaxt itkisinə səbəb olacaq. Amma sürət qatarı istifadəyə verilən zaman həmin şəxs Bakı şəhərinin mərkəzində yerləşən Dəmiryol vağzalına yaxınlaşır, orada sürət qatarına minir və 40 dəqiqədən sonra Sumqayıtda olur. Bu, çox müsbət hal ola bilər və müsbət nəticələr verə bilər. Ən azından bu, müəyyən mənada tıxacın azalmasına, yol-nəqliyyat vasitələrinin intensivliyinin azalmasına gətirib çıxaracaq".

Qeyd edək ki, qatarlarda sutkada təxminən, 30-35 min sərnişinin daşınması gözlənilir. Ümumilikdə, 91 kilometr yolun ilk 55 kilometrliyində işlər yekunlaşıb. Sərnişinlər mənzilbaşına Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək. Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatar isə - "Koroğlu", Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqları var. "Azərbaycan Dəmiryolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov dəmir yolunun ən ucuz nəqliyyat vasitəsi olduğunu, gediş haqqının isə 1 manatdan çox olmayacağını bildirib.

Tarix
2015.06.06 / 08:45
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

MDB-yə sədrlik bu türk ölkəsinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla