Yuxarı

Azərbaycanda tələ: qadın maşının qabağına atıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hər kəsi heyrətləndirən “qəza” təhlükəsizlik kameralarına düşüb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə bir qadının qaçaraq özünü qarşıdan gələn avtomobilin önünə atdığı görünür.

Həmin an ətrafda heç kim olmasa da, dərhal əraziyə bir neçə nəfər gələrək hal “şahidi” rolunu oynamağa başlayır. İlk baxışda sürücünün qadını vurması təsəvvürü yaradılsa da, ətrafda olan təhlükəsizlik kameralarında əks olunan görüntülər tam əksini deməyə imkan verir.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məsələ ilə bağlı Oxu.az-a verdiyi açıqlamasında videogörüntüləri təəccüb içərisində izlədiyini bildirib:

“Vətəndaş açıq-aydın şəkildə özünü bilərəkdən avtomobilin önünə atmaqla hadisəni piyadanın vurulması kimi göstərməyə çalışır. Bu, çox təəssüf doğuran ssenaridir. Hadisənin nə zaman və dəqiq olaraq hansı istiqamətdə baş verdiyi barədə hələ məlumat yoxdur. Lakin məsələ mütləq şəkildə araşdırılacaq və mövzuya hüquqi qiymət verilməsinə çalışılacaq.

Hadisə ilə bağlı ilkin araşdırma rayon üzrə polis idarələrində olur. Düşünürəm ki, müstəntiqlər hadisəyə hüquqi qiymət verəcək. Hesab edirəm ki, burada sürücü yox, piyada qanunvericiliyə müvafiq olaraq layiqli cəzasını alacaq”.

Tarix
2021.03.23 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla