Ana səhifə Toplum |
Fiziki sağlamlıq və immunitetin möhkəmlənməsi, sağlamlığın rəhni olan aktiv hərəkəti özündə ehtiva edən idman zallarında məşqlərin bərpası nəzəri cəhətdən mümkündür. Ancaq praktiki cəhətdən problemlər var.
Axar.az xəbər verir ki, bu sözləri ARB24-ə açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov bildirib.
"Hazırda belə bir dilemma mövcuddur ki, milli komandanın məşqləri prosesi ciddi prosedurları qorumaq şərti altında aparılır. Ancaq təəssüflər olsun ki, idman zallarında buna riayət etmək çətin olur. Kimsə buna riayət edəcək, kimsə yox.
Azərbaycanda yüksək səviyyəli, müasir standartlara cavab verən çoxlu sayda idman zalı və məşq meydançası mövcuddur. Eyni zamanda şəraiti zəyif olan və zirzəmi şəraitində fəaliyyət göstərən idman zallarımız da var. Bunu unutmamalıyıq. Həmin zallar qapalı və havasızdır", - deputat əlavə edib.
Tarix
2021.04.14 / 11:42
|
Müəllif
Axar.az
|