Yuxarı

Ronaldo gələndə mənimlə danışdı və dedi ki... - Fernandeş

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ronaldo gələndə mənimlə danışdı və dedi ki... - Fernandeş

Portuqaliya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş yığmadakı komanda yoldaşı Kristiano Ronaldo haqqında danışıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, o, 39 yaşlı hücumçunu tərifləyib:

“Məncə, Ronaldo haqqında bilmədiyiniz çox şey var. Kriştianonun necə yaşadığını anlamaq üçün daim onun yanında olmalısınız. Ronaldo əla rəqqasdır, yaxşı rəqs hərəkətləri var. Gülməli, həm də həyəcanlıdır. Buraya ilk gələndə heyran olduğum böyük oyunçuların əhatəsində idim. Amma çox utancaq idim. Heç kimlə danışmaq istəmirdim. Başımı aşağı salaraq salam verdim və mən gələndə Kriştiano orada deyildi. Çünki mən milliyə çox erkən qatılmışdım. Ancaq Ronaldo gələndə mənimlə danışdı, adımı çağırdı. O mənə dedi: "Matçlarını gördüm, qol vurursan, "Sportinq"də əla oynayırsan".

Qeyd edək ki, Kristiano Ronaldo hazırda "Əl-Nəsr"in formasını geyinir. 2003-cü ildən Portuqaliya millisinin üzvüdür. Bruno Fernandeş isə 2017-ci ildən yığmada oynayır.

Tarix
2024.11.15 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla