Yuxarı

8 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
8 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2021-2022-ci il payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir.

“Azəriqaz”dan Axar.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində daha bir ərazidə 8 min abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.

Belə ki, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən istismar müddəti başa çatmış qaz kəməri yenisi ilə əvəz edilir. İşin həcmi böyük olduğundan əraziyə çox sayda işçi qüvvəsi, maşın-mexanizmlər cəlb olunub. Diametri 325 mm olan 500 metr uzunluğunda yeni qaz xəttinin çəkilişinin aprel ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Bu gecə Nəsimi rayonu ərazisində Kövkəb Səfərəliyeva küçəsinin digər küçələrlə kəsişməsində iş davam etdirilib.

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin işçiləri aprel ayının 19-da gecə 00:00-dan etibarən səhər saatlarına qədər fasiləsiz şəkildə iş başında olublar. 28 May küçəsində yol qazılaraq yeni polietilen qaz kəməri yeraltına salınmaqla qaz təchizatının vaxtında bərpası nəzərdə tutulurdu. Lakin qazıntı aparılarkən müxtəlif formada maneələr ortalığa çıxıb. Birliyin əməkdaşları armatur arakəsmələr aşkarlandığı üçün qazıntının yerini dəyişməyə məcbur qalıb. Təxirəsalınmaz tədbirlər görülməklə iş başa çatdırılıb və hazırda qeyd edilən ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.

Tarix
2021.04.19 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Mübariz İbrahimovun bu görüntüləri trend oldu - Video

AB-də maneə qalxdı: daha çox pul, daha çox silah verəcək!

Türkiyənin milli müdafiə naziri Qətərə getdi

Prezidentin köməkçisi Sarıbayla görüşdü

ABŞ da, Rusiya da bu ölkədə uduzdu: udan kimdir?

ABŞ bu kartı İranın əlindən alır - Eskalasiya olacaq?

İmtahan sualında Darek və Marek adı... - Video

Tezliklə “Tramp Marşrutu” ilə bağlı böyük hadisə olacaq

ABŞ Hörmüz boğazını niyə bloklayır?

Keçmiş sədrdən Hesablama Palatasına tövsiyələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla