Yuxarı

Qətl: maşını Salyanda, meyiti Sabirabadda tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətl: maşını Salyanda, meyiti Sabirabadda tapıldı

11:03

Cəlilabad rayon sakini qətlə yetirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, qətlə yetirilən Əflatun Abdullayevin avtomobili Salyan rayonu ərazisində, meyiti isə Sabirabad rayonundakı kanalda aşkar edilib.

Məlumata görə, qətlə yetirilən şəxs Cəlilabad rayonu Fərzili kənd sakinidir və sələmə pul verməklə məşğul imiş.

O, aprelin 18-də itkin düşüb, həmin gündən də axtarılırmış.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bir neçə gün öncə itkin düşən Cəlilabad rayon sakini Əflatun Abdullayevin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Məlumata görə, qətl hadisəsi rayonun iki kəndinin icra nümayəndələri tərəfindən törədilib.

Belə ki, rayonun Seyidbazar kənd icra nümayəndəsi Feyzulla İsmayilov və Təklə kənd icra nümayəndəsi Famil Mahmudovun Fərzili kənd sakini Əflatun Abdullayevə pul borcları olub.

Amma pulu ödəyə bilməyəcəklərini düşünən icra nümayəndələri qabaqcadan əlbir olaraq Əflatun Abdullayevi öldürmək qərarına gəliblər. Hər iki vəzifəli şəxs əvvəlcə rayon ərazisində Ə.Abdullayevlə görüşüblər. Bu zaman onların arasında mübahisə yaranıb və mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra F.İsmayılov və F.Mahmudov Ə.Abdullayevi öldürüblər və onun meyitini Sabirabad rayonuna gətirərək burada su kanalına atıblar.

Onlar Ə.Abdullayevə məxsus minik avtomobilini isə Salyan rayonu ərazisində saxlayaraq qaçıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən F.İsmayılov və F.Mahmudov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, əvvəllər müğənnilik edən Ə.Abdullayev sələmə pul verməklə məşğul olub.

Tarix
2021.04.22 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

Türklər müraciət etmişdi, Tramp isə Çində buna toxunmadı

İlham Əliyev Keniya prezidentini qəbul etdi

WUF14 bu şəhərdə keçiriləcək

İlham Əliyev III Msvatini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla