Yuxarı

Problemin miqyası deyil, hökumətin reaksiyası önəmlidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda insan alverinə qarşı mübarizə 2003-cü ilin 13 may tarixində “BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının və onu tamamlayan aktların qəbulundan sonra daha intensiv və sistemli xarakter alıb.Vətəndaşların sabit və təhlükəsiz yaşamasını, cinayət əməllərindən qorunmasını təmin etmək üçün əsas beynəlxalq hüquqi sənədlərin ratifikasiyası və 2005-ci il tarixində “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunla birgə Milli Fəaliyyət Planının təsdiq olunması (müddət bitdikcə yeniləri təsdiq olunub), Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin yaradılması və Daxili işlər nazirinin 1-ci müavininin Milli Koordinator (bundan sonra - Milli Koordinator) kimi Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs müəyyənləşdirilməsi dövlətimizin siyasi iradəsinin göstəricisi sayıla bilər.

Axar.az xəbər verir ki, sözləri komitə sədri Zahid Oruc parlamentin bugünki iclasında deyib.

"Seyfulla Əzimovun əhatəli məruzəsindən göründüyü kimi, ötən ilin pandemiya şəraitində daxili işlər orqanlarının fəaliyyyəti yeni qəbul olunmuş 2019-2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində gerçəkləşib. Əlbəttə, polis orqanlarının ictimai həyatın bütün sahələrində, xüsusilə əhalinin sağlamlığının qorunması, hərəkətin təşkili və yeni şəraitində dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsindəki xidmətləri danılmazdır, eləcə də Vətən müharibəsində qələbəmizdə onların fədakarlığı ölkə rəhbərliyi tərəfindən xüsusi qiymələndirilib.

Qeyd edək ki, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi (İAQMBİ) 15 ildir ki, Məlumatları təqdim edir və artıq mütərəqqi ənənəyə çevrilib. Xüsusi vurğulayaq ki, keçmiş sovet ölkələrində DİN-nin, HMO-nın strukturunda insan alveri ilə mübarizə üzrə Baş İdarə statuslu qurum mövcud deyil. Yalnız Tacikistanda ABŞ Dövlət Departamentinin 20 milyon dollar maliyyə yardımı ilə qurulan Mərkəz mövcuddur.

Bu ilki hesabatda bir sıra “ilklər” var. Məsələn, ilk dəfə Hesabatın təqdimat və tərtibat forması və məzmunu yenilənib, bölmələr üzrə metodologiya, həyata keçirilən tədbirlər, beynəlxalq əməkdaşlıq və s. kimi məntiqi ardıcıllıqla verilib. Ən vacibi, hesabat ilindəki fəaliyyət son 15 ildə-statistik məlumatlar infoqrafik cədvəllərdə əksini tapıb ki, bu da görülən işləri dəyərləndirməyə imkan verir. Eyni zamanda, qanunvericilik sahəsində “insan alverinin qurbanlarının dövlət rüsumundan azad olunması”, Milli Fəaliyyət Planında”, Uşaq strategiyası”nda müfaviq bəndlərin əlavə edilməsi yaxşı haldır və müsbət nətiəcləri olacaqdır. Lakin biz daha hansı hədəflərə yönəlməliyik".

O çıxışının davamında ifadə edib:

“1. Əvvəlki illərdə qəbul edilən Fəaliyyət planının necə yerinə yetirilməsinə dair Hesabatın dərc olunmasını vacib sayırıq. Yalnız bu halda biz hansı vəzifələrin yerinə yetirldiyini, hansılarınsa həllini gözlədiyini söyləyə bilərik.

2. Məruzədə vətəndaş cəmiyyəti - 45 ictimai qurumu birləşdirən Koalisiyanın və kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı hesabat verilib. Əlbəttə, bu böyük bir qüvvədir. Ona görə də aparılan tədqiqatların nəticələri ilə məlumatlılıq proqnozlaşdırma və qabaqlayıcı tədbirləri, o cümlədən hansı layihələrə üsünlük verildiyini bilmək üçün çox vacibdir. Yeri gəlmişkən, ABŞ Dövlət Departamentin hesabatında 3-cü sektorla əməkdaşlığın durumu tier - 2 nəzarət ölkəsi statusunun verilməsində əsas səbəblərdən biri kimi göstərilib. Halbuki region ölkələrinin heç birində dövlətin sözügedən sahə ilə əməkdaşlığının səviyyəsi bizdəki kimi deyil. Maraqlıdır ki, Gürcüstanın İnsan Alveri Qurbanlarına Kömək Milli Koordinasiya Mexanizmi, məhz azsaylı QHT-lərin təşəbbüsünə görə, quruluşu və praktik tətbiqi baxımından bölgədə ən yaxşı hesab olunur.

3. Daha bir məsələ, məcburi əmək və uşaq əməyinin istismarı ilə bağlı məsələdir. Bu çox ağrılı bir problemdir. Çünki, beynəlxalq reytinqlərdə 3 səviyyəyə bölünmə faktı o deməkdir ki, insan alverinə qarşı mübarizədə müəyyən edilmiş təsnifat/səviyyələr (TİER 1-3) əsasən problemin miqyasını deyil, hökumətin bu problemə necə reaksiya verdiyini, yəni dövlət strukturlarının fəaliyyətini əks etdirir. Ona görə də bizə görülən işləri yaxşı təqdim etmək, onu intensiv şəkildə beynəlxalq mediaya və BMT, Avropa Şurasının GRETA təşkilatlarının ofisinə göndərmək mühüm vəzifə olmalıdır.

4. Xatırladaq ki, gələn il ölkəmizin avtomatik olaraq səviyyə 3-ə endirilməsi müəyyən iqtisadi sanksiyalara səbəb ola, maliyyə yardımlarının dayandırılması baş verə bilər. Söhbət sanksiyalara biizm münasibətimizdən getmir, halbuki dövlətimizin ortaya qoyduğu iradənin düzgün çatdırılması çox önəmlidir.Xüsusi vurğulamaq istərdik ki, Daxili İşlər naziri hörmətli Vilayət Eyvazov ötən illərdə məhz Milli Koordinator kimi məlum qurumlarla fəal işə, düzgün məlumatlandırmaya və sistemli tədbirlərə görə ölkəmiz bir neçə il postsovet ölkələri sırasında yaxşı göstəriciyə sahib idi. Bəli, o da gizli deyil ki, Azərbaycandan gedən bir çox rəsmi məktublar və müraciətlər, verilən tövsyyələrin yerinə yetirildiyini sübut edən faktlar Ermınistanın BMT və Avropa Şurası yanında açıq emissarları tərəfindən dəfələrlə bloklanır. Nailə Şaqinyanın adını çəkməklə onu şərəfləndirmək istəməzdik, lakin bu da faktdır.

5. Pandemiya dövründə ən böyük risk qrup kimi əmək miqarantları və onların

ailə üzvləri olduğu üçün Hökumətə konkret təkiflərin verilməsi və onun sənəddə əksini tapmasını yaxşı olar, çünki bu bəla ilə yalnız bir nazirlik çərçivəsində mübarizə aparmağın mümkün olmadığını hamı bilir.

6. Cinayət təqibi ilə baglı İnsan alveri сinayəti faktının 155 insan alveri (ötən ilki məlumata əsasən 186 insan alveri), habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 40 cinayət (ötən il 36 cinayət) və digər hüquqa zidd əməllərin bölgələr üzrə statistikasının verilməsi bu cinayətin coğrafiyasını, təşkilatçılarını və gələcək planalaşdırmanı həyata keçirmək üçün önəmli sayırıq.

7. Biz yeni qanun qanun layihəsinin: "Azərbaycanda insan alveri qurbanlarının müdafiəsi və reabilitasiyası haqqında”-qəbul edilməsi cəmyyətdə və beynəlxalq hesabatlarda mövqelərimizə müsbət təsir edəcəkdir.

8. Vətəndaşlarımızın istismara məruz qaldığı ölkələr sırasında qardaş ölkənin 1-ci yerdə olmasını üzücü fakt və çağırış kimi qəbul edərək əməkdaşlığın yeni formalarının tapılması, bu xoşagəlməz halların azaldılması və qarşısının alınması yönündə ayrıca tədbirər planının hazırlanması yerinə düşər.

Son təklifimiz Baş İdarənin bütün internet platformalırnda fəal olması, saytında sonuncu 2 xəbərin ötən ilin dekabr ayında olmasını nəzərə alıb operativ yenilənmə rejiminə keçməsini tövsiyyə edirik.

Qeyd etdiyimiz təkliflərin reallaşması qısa müddətdə “Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə ekspertlər qrupu – GRETAnın sentyabrda olacaq 3-cü dövri hesabatında ölkəmizin mövqelərinə müsbət təsir edəcəyinə şübhəmiz yoxdur!

Hazırkı 34 indikator üzrə dövri dəyərləndimədəki tövsiyələr təhlili Koalisiya və İnsan Alveri İdarəsinin analitik təhlil şöbəsində müzakirə edilməli, 2021-ci il üçün reytinqdə mövqelərin dəyişdirilməsinə səy göstərilməlidir”.

Tarix
2021.04.23 / 12:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla