Yuxarı

Baş Prokurorluq BSU-nun yalanını ifşa etdi - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluq BSU-nun yalanını ifşa etdi - Şok

Baş Prokurorluq Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın barəsində cinayət işi ilə bağlı daha bir açıqlama yayıb.

Axar.az açıqlamanın mətnini təqdim edir:

"Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olan çoxsaylı şikayətlər əsasında aparılan araşdırmalar nəticəsində cinayət işinin başlanılması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 29 aprel 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin, Dürdanə Əliyevanın qanunsuz əməllərinə dair cinayət işinin guya vətəndaş şikayətləri əsasında deyil, universitetin rektorunun Baş Prokurorluq və Təhsil Nazirliyinə etdiyi müraciət əsasında başlandığı barədə məlumatlar yayılıb.

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında başlanıb və yalnız bundan sonra 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub.

Təəssüflə bildiririk ki, rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyətdə çaşqınlıq yaradır. Baş Prokurorluq hər kəsi bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır".

Tarix
2021.04.30 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Zəfər Andı: Qəhrəmanlıq, vətənpərvərlik, birlik gecəsi - Foto

Rəsmi Bakıdan UNESKO-nun bu qərarına reaksiya

Paşinyan hakimiyyətdə qalmalıdır, əks təqdirdə... - Oqtay

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

Ceyhun Bayramov Əlcəzairə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla