Yuxarı

TƏBİB koronanı səhv müalicə edir - Almaniyadakı həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB koronanı səhv müalicə edir - Almaniyadakı həkim

Almaniyada yaşayan azərbaycanlı həkim, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev TƏBİB-in müalicə protokollarındakı səhvlərdən danışıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim uşaqların müalicəsi üçün yazılan dərmanların dəhşətli fəsadları olduğunu bildirib.

“Biri var ki, bilməmək – buna baxmayaraq, bunu dərk edib öyrənməyə çalışmaq və cəhd etmək. Bu, ayıb deyil. Biri də var ki, bilməmək – amma bunu dərk edərək həm də öyrənmək istəməmək və buna heç cəhd etməmək. Bu isə çox ayıbdır.

İkinci hala üstünlük verən peşə sahiblərini onların ixtisaslarına uyğun müxtəlif titullarla təqdim etmək olar. Məsələn: yumşaq desək, “yerini bilməyənlər”, “məsuliyyətsizlər”, “savadsızlar”, daha dəqiq desək, “cinayətkarlar” və s.

Dünən TƏBİB-in uşaqlarda SARS-CoV-2 virusuna yoluxma zamanı yaydığı müalicə protokolu ilə tanış oldum. Bu protokolun tərtibi bir daha onu göstərir ki, TƏBİB-in işi yuxarıda dediyim misalın ikincisinə aiddir.

Protokolda bir çox şeylər səhv qeyd edilib. Amma ən dəhşətlisi isə uşaqlarda müalicə bölümü və burada tətbiqi məsləhət görülən bəzi dərmanların adlarıdır. Qısaca deyim ki, həmin dərmanların bəzisinin, ümumiyyətlə, dünyada uşaqlarda istifadəsi qadağandır. Digər tərəfdən isə dərmanların adları yazılarkən uşaqlarda ciddi fəsadlar törədə biləcək (hətta ölümə səbəb ola biləcək) yan təsirləri nəzərə alınmayıb.

Bu cür protokolun tətbiqində yol verilən məsuliyyətsizlik heç bir halda qəbuledilən deyil. Nəticə etibarı ilə hansısa rayonda olan həkim bu dərmanı uşağa verib, nəticədə azyaşlının ölümünə səbəb olsa, günahın kimin boynunda olacağını da bizlər çox gözəl başa düşdüyümüzdən bu protokolun qısa zamanda dəyişilməsini və elmi əsaslarla tərtib edilməsini TƏBİB-dən tələb edirik!

Bu cür protokolların tətbiqində TƏBİB tərəfindən yol verilən belə ciddi səhvlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ölkədə pozitiv istiqamətdə edəcəyi məsələlərə xələl gətirməklə yanaşı, TƏBİB-in də məsələlərə nə qədər hakim olduğunu bir daha göstərdi”, - N.Abdullayev bildirib.

Tarix
2021.05.01 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla