Yuxarı

Qənirə Paşayeva beynəlxalq konfransda çıxış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva beynəlxalq konfransda çıxış etdi

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə (AMM) Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutu (TYSİ) birgə “Dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu” adlı Beynəlxalq konfrans keçirib.

Axar.az xəbər verir ki, konfransda Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, TYSİ-nin rektoru, professor İlham Sabirov, Azərbaycanın, Türkiyənin və Özbəkistanın elm, təhsil, mədəniyyət sahələrinin nümayəndələri çıxış edib.

Konfransı İnstitutun müəllimi Şaxnoza Nurbekova açaraq dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu və mövqeyi haqqında danışıb.

Qənirə Paşayeva xalqların formalaşmasında dil və mədəniyyətin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Deputat son 30 ildə bu xalqların öz kökünə qayıtması istiqamətində böyük yol qət etdiyini vurğulayıb.

Bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu bildirən Q.Paşayeva bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında da söhbət açıb.

O, vurğulayıb ki, Ermənistanın işğalından azad olunan qədim Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib:

“Türk coğrafiyasının böyüklüyü, türk geopolitikası türk dilinin mağdaş dünyada önəmini daha da artırdığı kimi, dilimizin qədim və orta yüzilliklərdə avarsiyada oynadığı tarixi rolu da qürurla söyləyirik. Heç təsadüfi deyil ki bir çox qonşu xalqların dilində ayrı-ayrı türk boylarından alınmış sözlərin miqdarı elə səviyyədədir ki, o sözlərsiz həmin dillər çox kasıb görünərdi. Biz də ayrı-ayrı xalqlardan söz almışıq. Dil canlı orqanizmdir, bundan sonra da dillər bir-birindən söz alıb, söz verəcək. Bu önəmli toplantıda onu da vurğulamalıyıq ki, biz dilimizin keçmiş qüdrətindən qürurla danışdığımız kimi, türk dillərində bəşər mədəniyyətinin qiymətli əsərlərinin yarandığını dediyimiz kimi, dilimizin gələcəyini də düşünməliyik. Bir dilin gələcəyini düşünərkən önplana çıxan əsas amillərdən biri, istehsalatdır, milli brendlərdir, yaradılan yeni məhsullar, milli texnologiyalardır".

Tarix
2021.05.04 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onlara müraciət ünvanladı

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla