Yuxarı

Lavrov bu türk dövlətindən rəsmən üzr istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov bu türk dövlətindən rəsmən üzr istədi

Bəzi rusiyalı siyasətçilər Qazaxıstanın ünvanına provokativ bəyanatları diqqətləri özlərinə çəkmək üçün səsləndirirlər.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın “Xəbər24” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın Qazaxıstana münasibətdə siyasətini müəyyənləşdirənlər belə bəyanatları heç vaxt səsləndirməyiblər və səsləndirməyəcəklər:

“Siyasətçilər öz karyeralarını müxtəlif cür qururlar. Bəzi siyasətçilər hansısa sensasiya dalınca qaçır. Bəziləri isə hesab edir ki, əgər onlar yumşaq desək, mübahisəli görünən məsələni kəskin şəkildə qoysalar, diqqətləri üzərlərinə çəkəcəklər. Nəticədə onları heç kim unutmayacaq. Bizdə deyirlər ki, yaxşı və pis olması vacib deyil, önəmli olan sənin haqqında qəzetdə yazmalarıdır. Rusiyanın Qazaxıstana münasibətdə siyasətini müəyyənləşdirənlər belə bəyanatlar heç vaxt səsləndirməyiblər və səsləndirməyəcəklər”.

Lavrov siyasətçilərin provokativ bəyanatlarının demokratik həyatın qaçılmaz parçası olduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə Rusiya Dumasının hakim Vahid Rusiya Partiyasından olan bəzi deputatları Qazaxıstan ərazilərinin bir qisminin Rusiya tərəfindən bu ölkəyə hədiyyə edildiyini bildirmişdilər. Bu, Qazaxıstanın kəskin etirazına səbəb olmuşdu.

Tarix
2021.05.06 / 12:46
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

Azərbaycanlı prezidentlər bir-birini təbrik etdi

İspaniya Kralı İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla