Yuxarı

PA rəhbəri: Bu, dövlət başçısının diqqət mərkəzindədir!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
PA rəhbəri: Bu, dövlət başçısının diqqət mərkəzindədir!

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının videoformatda növbəti, 5-ci iclası keçirilib.

Axar.az xəbər verir ki, iclası açan Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu, həyata keçiriləcək fəaliyyətlər ilə bağlı mühüm istiqamətlərin müəyyənləşdirildiyini qeyd edib.

Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən də qeyd edildiyi kimi, işğaldan azad olunmuş torpaqlarımızda işğalçı Ermənistan tərəfindən şəhər və kəndlərimiz viran qoyulub, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib ki, bu da böyük miqyasda planlaşdırma və bərpa işlərinin həyata keçirilməsinin tələb edildiyini göstərir.

İclasda işğaldan azad edilmiş ərazilərdə həlledici əhəmiyyət kəsb edən minalardan təmizləmə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı” Dövlət Proqramının hazırlanması istiqamətində görülən işlər, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı, işğaldan azad olunmuş ərazilərdə enerji təminatı və xüsusilə də “Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturunun qurulması, ADA Universiteti tərəfindən aparılan “Azərbaycanın postkonflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” tədqiqat işi çərçivəsində görülən işlər və keçirilmiş sorğuların nəticələri üzrə məruzələr dinlənilib və müvafiq tapşırıqlar verilib.

İclasda dövlət başçısının tapşırıqlarına uyğun olaraq işlərin sürət və keyfiyyətin vəhdəti nəzərə alınmaqla aparılmasının vacibliyi vurğulanıb.

Tarix
2021.05.06 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla