Yuxarı

Ermənilərə divan tutan qəhrəmanımızın xatirəsi yad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərə divan tutan qəhrəmanımızın xatirəsi yad edildi

Azərbaycanın Milli Qəhrəmanı, 1992-cu il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Albert Aqarunovun xatirəsi yad edilib.

Axar.az xəbər verir ki, Milli Qəhrəmanın Şəhidlər xiyabanındakı məzarının ziyarəti ilə keçirilən mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi də iştirak edib.

Ziyarət zamanı Milli Qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məzarın önünə əklil qoyulub, üzərinə güllər düzülüb. Bildirilib ki, 777 nömrəli xüsusi təyinatlı batalyonda tank komandiri olan yəhudi əsilli Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. 8 may 1992-cu il tarixində isə Şuşaya girməyə cəhd edən ilk erməni tankı, məhz Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulub.

Qeyd edilib ki, xalqımız igid övladının xatirəsini həmişə əziz tutur. Ölümündən sonra Albert Aqarunov "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb. Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır. Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsi qurulub, təhsil aldığı məktəbin önündə büstü və Bakının Nərimanov rayonunda heykəli qoyulub.

Tarix
2021.05.08 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla