Yuxarı

“Azəriqaz” rəhbərliyi şəhid ailələrini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” rəhbərliyi şəhid ailələrini ziyarət etdi

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ramazan bayramında Vətən müharibəsinin şəhidi Osman Manafovun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

Birlikdən Axar.az-a bildirilib ki, şəhid Osman Manafovun atası Natiq Manafov onlara göstərilən diqqətə görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Oğlunun nə qədər qoçaq olduğunu və onun kimi igid, qəhrəman övladlarımızla fəxr etdiyini vurğulayıb. Qeyd edək ki, şəhidin atası Natiq Manafov uzun illərdir “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti idarəsində çalışır.

Birliyin baş direktorunun müavini Ceyhun Şıxəliyev və Həmkarlar ittifaqı komitəsinin sədri Ədalət Qurbanov isə şəhid Zaur Mədətovun ailəsini ziyarət ediblər. Birliyin əməkdaşı, şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib.

Şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub. O, Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatılıb. Qeyd edək ki, Raufun bacısı Banu İbadova “Azəriqaz” İstehsalat Birliyində işlə təmin edilib, atası Məhərrəm İbadova isə məsul vəzifələrdən biri təklif olunub.

Tarix
2021.05.13 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

Rixard Raşi Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla