Yuxarı

Laçın sakini 30 ildən sonra öz əl işini tapdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçın sakini 30 ildən sonra öz əl işini tapdı - Foto

Laçın rayonunun Güləbird kənd sakini, tikinti mütəxəssisi Vüqar İmranov 30 ildən sonra öz doğma kəndinə gedib.

Axar.az Report-a istinadən xəbər verir ki, o, 1980-ci illərin sonlarında Güləbirddə Sarı Aşığın məzarı üzərində abidəsinin ucaldılmasında iştirak edib.

Belə ki, həmin vaxt orta məktəbdə oxuyan V.İmranovun memarlığa marağını görən heykəltəraş ona daş üzərində Sarı Aşığın kiçik portretini işləməsini tapşırıb. V.İmranov bunun öhdəsindən gəlib və onun əl işi də həmin məqbərəyə əlavə olunub.

Otuz ildən sonra işğaldan azad olunan Güləbird kəndinə ayaq basan V.İmranov dağıdılmış məqbərənin daşları arasından adını (ВУГАР) üzərinə həkk elədiyi öz əl işini tapıb.

Qeyd edək ki, 1989-cu ildə Güləbirddə Sarı Aşığın abidəsinin açılışı olub.

Tarix
2021.05.18 / 21:23
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla