Yuxarı

Müslümov uşaqları Türkiyəyə göndərdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müslümov uşaqları Türkiyəyə göndərdi - Foto

Nazirlik öz hesabına sağlamlıq imkanları məhdud uşaqları Türkiyəyə bərpa müalicəsinə göndərib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, 25 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq valideynlərindən birinin müşayiəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb.

Yola salınma zamanı nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev son aylarda nazirlik tərəfindən 115 nəfərdən çox əlilliyi olan şəxsin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində bərpa-müalicəsinin təşkil edildiyini bildirib.

Həmçinin, bu il 75 nəfər sağlamlıq imkanları məhdud uşağın da Nobel Tibb Mərkəzində 20 günlük ixtisaslaşmış bərpa-müalicə kursu keçməsi təmin olunacaq. Onlardan 25 nəfəri artıq yola salınıb. Uşaqlar orada 5 ulduzlu oteldə yerləşdiriləcək və sağlamlıq imkanları məhdudluğun kəskin formalarının aradan qaldırılmasına yönələn səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb olunacaqlar. Bu işlərə nəzarət etmək, eləcə də mərkəzin bərpa-müalicə sahəsində təcrübəsini öyrənmək üçün nazirliyin bir nəfər həkim əməkdaşı da Türkiyəyə ezam olunur.

Qeyd edək ki, Nobel Tibb Mərkəzi çətin sağalan xəstəliklərin müalicəsi, o cümlədən xroniki çatışmazlıqların aradan qaldırılması üzrə böyük təcrübəyə və peşəkar həkim-reabilitoloq personalına malikdir. Burada Dənizli bölgəsinin müalicəvi təbii resurslarından geniş istifadə edilməklə və ən müasir tibb texnologiyaları tətbiqi yolu ilə hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə bərpa-müalicə prosedurları həyata keçirilir.

Tarix
2015.06.22 / 13:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla