Axar.az
Yuxarı

Axar.Az Logo

Azad edilən ərazilərdə yol tikintisi davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun tikintisi aparılır.

Axar.az xəbər verir ki, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilib.

İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Strateji əhəmiyyətə malik avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 km-lik hissəsi 3 gediş - 3 gəliş olmaqla 6, qalan 48 km-lik hissəsi isə 2 gediş - 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Artıq yol boyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol Türkiyənin tikintisi sahəsində ixtisaslaşmış şirkəti olan “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin ölkəmizdəki filialı birgə icra edir.

Hazırda sözügedən avtomobil yolunun ilk 76 km-lik hissəsində torpaq işləri icrasına başlanılıb. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 29.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq zəruri olan yerlərdə ümumi uzunluğu 3400 metr olan 3 avtomobil tuneli, 32 viaduq və avtomobil körpüsü, 8 yol öütürücüsü, 46 yeraltı keçid, suların ötürülməsini təmin etmək məqsədi ilə 252 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası planlaşdırılır.
Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə yeni düşərgə inşa edilir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

Yeni Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Tarix
2021.06.09 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İzləyicisini döyən "Zevs" həbs edildi

Ərdoğan Şuşa Bəyannaməsindən danışdı

İlham Əliyev: Şuşadan verilən açıqlamalar dünyaya səs salacaq!

Ordumuzda Qurtuluş Günü ilə bağlı tədbirlər keçirildi

Azərbaycan bir bazar deyil, eyni zamanda… - Ərdoğan

İlham Əliyev: Şuşa bəyannaməsində Zəngəzur dəhlizi...

Ermənistanda Azərbaycan bayraqlı pivə qalmaqal yaratdı

Ərdoğan: Şuşadan dünyaya verəcəyimiz mesajlar...

Əliyev və Ərdoğan "Xan qızı" bulağına gəldi

Azərbaycanda neçə nəfər peyvənd olunub?

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla