Yuxarı

Məscidlərdə nəzarət komissiyaları yaradıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məscidlərdə nəzarət komissiyaları yaradıldı - Video

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Belə ki, məscidlərdə eyni vaxtda 50 nəfərdən çox olmamaqla ibadət etmək mümkün olacaq.

Axar.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli Report-a açıqlamasında bildirib ki, axundu olduğu İçərişəhər Cümə məscidi səhər saatlarından - sübh namazından vətəndaşların üzünə açıqdır: "Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından irəli gələn tələblər məscidə gələn hər kəsin diqqətinə çatdırılıb".

"Şükürlər olsun ki, bu gündən bütün məscidlərin fəaliyyətinə icazə verilib. Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir. Ara məsafələrinə xüsusi fikir veririk, məscidə gələnlərin hərarətləri yoxlanılır. Burada üç nəfərdən ibarət nəzarət komissiyası yaradılıb. Bu gün hansısa neqativ hadisə baş vermədi. Ümid edirik ki, sabah cümə namazında da eyni vəziyyəti görə biləcəyik", - o qeyd edib.

Hacı Surxay Məmmədli deyib ki, namaz qılındıqdan sonra məscidin daxili dezinfeksiya edilir.

Qeyd edək ki, insanlar ibadət üçün məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə isə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz bitdikdən sonra məscidi tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarla cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

Tarix
2021.06.10 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla