Yuxarı

Rəfael Cəbrayılovun məhkəməsinin vaxtı bilindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəfael Cəbrayılovun məhkəməsinin vaxtı bilindi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Axar.az xəbər verir ki, iş üzrə məhkəmənin hazırlıq iclası iyunun 17-nə təyin edilib.

Prosesə hakim Əhməd Quliyev sədrlik edəcək.

Qeyd edək ki, Milli Məclisinin deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.

Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2021.06.15 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla