Yuxarı

Efirdə inanılmaz söyüş: MTRŞ-ın reaksiyası - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Efirdə inanılmaz söyüş: MTRŞ-ın reaksiyası - Video

Azərbaycan telekanallarının birinin efirində yayılan şou verilişdə canlı ifa edən müğənninin mahnının sözlərini təhrif etməsi və eybəcər hala salmasına Milli Teleradio Şurası reaksiya verib.

Şurasının Monitorinq şöbəsinin aparat rəhbəri Toğrul Məmmədov Axar.az-a bildirib ki, sözügedən kanalda müğənninin sözləri iyrənc hala salması barədə sosial şəbəkədə yayılan və ciddi səs-küyə səbəb olan video-material araşdırılıb:

"Bununla bağlı bizə heç bir müraciət daxil olmayıb. Amma video sosial şəbəkələrdə yayılandan sonra Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsi özü araşdırmaya başladı. Araşdırma zamanı sözügedən videoda heç bir qanun pozuntusu qeydə alınmadı. Ola bilər ki, kimlərsə videoya müdaxilə edib və ya bilməyərəkdən belə bir hal yaşanıb. Ancaq bizim monitorinq qrupu heç bir qanun pozuntusu aşkar etməyib".

Məsələ ilə əlaqədar verilişin yayımlandığı kanaldan rəsmi münasibət almaq cəhdimiz isə 3 gündür nəticə vermir. İctimaiyyətlə əlaqə, mətbuat xidməti və s. olmadığı bildirilən kanalın qalmaqallı verilişinin aparıcısı və prodüseri də iş yerində yox imiş (?!). Etika naminə adını çəkmədiyimiz kanal rəhbərliyinin rəsmi açıqlama yayacağına ümid edirik.

Qeyd edək ki, bir müddət öncə efirə gedən şou verilişdə Samir Biləsuvarlı adlı müğənninin mahnının sözlərini qəsdən təhrif edərək, eybəcər hala saldığı iddia edilir. Sosial şəbəkədə yayılan videodan müğənninin doğrudan da bu eybəcərliyi etdiyinə şübhə yeri qalmır.

Tarix
2015.06.29 / 15:35
Müəllif
Əli Taleh
Digər xəbərlər

Bu, Nürnberq tribunalının analoqu idi - Prezident

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla