Yuxarı

Karantində yazılan cərimələrin taleyi necə olacaq? - DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantində yazılan cərimələrin taleyi necə olacaq? - DİN

Pandemiya dövründə karantin qaydalarını pozan vətəndaşlara müxtəlif məbləğdə cərimələr tətbiq olunur. Həmin şəxslər arasında dəfələrlə qaydaları pozub cərimələnənlər var. Sosial şəbəkələrdə aparılan müzakirələrə görə 600, 800, hətta 1000 manat məbləğində cərimə ödəməli olan şəxslər var. Onlar iddia edirlər ki, cərimə ödənişini gecikdirdikləri üçün üzərinə faiz gəlib. Bundan başqa, bildirirlər ki, ASAN Xidmət mərkəzlərindən hər hansı sənəd aldıqda, onların qarşısına cəriməni ödəmək tələbi qoyulur.

Axar.az xəbər verir ki, qurumun Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakupost.az-a açıqlamasında tətbiq olunan cərimələrin bütün hallarda ödənilməli olduğunu deyib:

“İnzibati xəta tərkibli bu halla bağlı barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs inzibati tənbeh tədbirində tətbiq olunan o cərimə məbləğini ödəməlidir. Bu qanunvericiliyin tələbidir. Gecikdirilmiş cəriməyə görə əlavə ödəniş, yaxud faiz tətbiq olunmur. Sadəcə ödənilmədiyi halda probasiya xidmətinə yönəldilir.

Pandemiya şəraitində mövcud karantin rejimi qaydalarının qorunması və gözlənilməsi hər kəsə şamil olunan məsələdir. Tibbi maskadan istifadə ilə bağlı normalar müəyyən olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada tibbi maskalardan istifadə ilə bağlı qərarı ləğv olunsa da, hazırda qapalı məkanlarda maskadan istifadə və sosial məsafənin gözlənilməsi qüvvədə saxlanılıb. Yəni bütün qapalı məkanlarda nəzərdə tutulub. Qaydalara əməl etməyən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunduqda onlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür”.

Tarix
2021.06.17 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla