Yuxarı

Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi

Yay mövsümündə təbiət ərazilərində yanğınların baş verməsi təəssüf ki, bir reallıqdır və qaçılmazdır. Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurarıqsa, insan etinasızlığından yarana biləcək bu fəlakətdən qurtularıq.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliynin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, meşə ərazilərində baş verən yanğınlar, bu fəlakətin qarşısının alınmasında yaranan çətinliklər, təbiət və cəmiyyətə vurulan zərərlər, onun acı nəticələri ilə bağlı xəbərlər çox sarsıdıcıdır:

“Bizlər də bu amansız alovun törədə biləcəyi fəsadlardan sığortalanmamışıq və yay mövsümü, qızmar hava şəraiti gələr-gəlməz, tikan üstündə dayanmış kimi, hamımız narahatlıq və həyəcan içində günlərimizi keçiririk. Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız bir şəxsin törətdiyi ehtiyatsız əməlin fəsadı qarşısında aciz qalırıq.

Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik ki, odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyifsilənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq. Unutmayaq ki, bir nəfərin ani ehtiyatsız davranışı, qaydalara əməl etməməsi yüzlərlə hektar meşə sahəsində qarşısıalınmaz yanğınlara səbəb olur, eləcə də insanların, canlıların həyatına təhlükə yaratmaqla böyük fəlakətə yol açır. Nəticədə həm təbiətimiz, həm ekosistem məhv olur, həm də dövlətimizin büdcəsinə zərər vurulur”.

Tarix
2021.06.22 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

Antitürk ideologiyasının ən vacib fiquru öldürüldü

Azərbaycan benzinini Avropa adı ilə satır - Papoyan

Ceyhun Bayramov Ər-Riyada yola düşdü

Bu, İrana Xameneidən sonra ən böyük zərbədir

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

İran səfiri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Almaniya kansleri ilə danışdı

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla