Yuxarı

Şəhid atasına verilən heyvanlar qırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid atasına verilən heyvanlar qırıldı - Video

Dövlət Məşğulluq Agentliyi tərəfindən Vətən müharibəsi şəhidi Babək Mahmudovun ailəsinə verilən xırdabuynuzlu heyvanların bir qismi 3 gün ərzində tələf olub.

Axar.az xəbər verir ki, şəhidin atası Süleyman Mahmudov bu barədə sosial şəbəkədə video yayıb. O bildirib ki, heyvanlar xəstə olduğu üçün ölüb və hazırda da bəziləri xəstədir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayis Musayev bildirib ki, Biləsuvar rayon sakini Süleyman Mahmudova Agentlik tərəfindən xəstə heyvanlar verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddia həqiqəti əks etdirmir:

“Vətəndaş bir müddət əvvəl öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və postmüharibə tədbirləri çərçivəsində növbədənkənar şəkildə 20 qoyun, 1 qoç və 400 kiloqram yem ilə təmin olunub. S.Mahmudova aktivlər təqdim olunan zaman heyvanların sağlamlığına dair rəsmi baytarlıq rəyi ilə təhvil-təslim aktı tərtib edilib, vətəndaşla Məşğulluq Mərkəzi arasında müqavilə imzalanıb. Vətəndaşa heyvanlar təqdim edilən zaman tam sağlam və təsərrüfat artımına yararlı olub. Üstəlik Süleyman Mahmudov ona təqdim edilən heyvanları şəxsən özü seçib və razılığını bildirib. Bunu təqdim edilən videoda da əyani görmək olar. Onu da qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən Süleyman Mahmudovun həyat yoldaşı Dürdanə Əliyevanın da məşğulluğu təmin edilib. D.Əliyeva 2020-ci ildə haqqı ödənilən ictimai işlərə cəlb edilib və hazırda çalışır”.

Qeyd edək ki, Süleyman Mahmudov Vətən müharibəsi şəhidi Babək Süleymanovun atasıdır. Şuşa uğrunda gedən döyüşdə şəhid olan Babək Süleymanov Prezident İlham Əliyev tərəfindən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Tarix
2021.06.22 / 17:53
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

İlham Əliyev Xurelsuxaya məktub göndərdi

Zakir Həsənov Ərdoğanla eyni tədbirdə - Foto

Trampın Xameneinin dəfni ilə bağlı tələbi...

İnsanlar 500 il yaşaya biləcək – Dünya dəyişir

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bakı bu ölkədə "ASAN xidmət"ə dəstək verəcək

Erməni cinayətkarların apellyasiya məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla