Yuxarı

Əli Nağıyev pakistanlı ordu generalı ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva arasında görüş keçirilib.

Bu barədə Axar.az-a DTX-dən məlumat verilib.

Görüşdə general-polkovnik Əli Nağıyev ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində görülən işlər barədə qonağa məlumat verib, dünya düzəninə əsas təhdidlərdən olan beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və digər bu kimi mənfi təzahürlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti dövlət strukturlarının göstərdiyi qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə edib.

Qeyd olunub ki, ali rəhbərlərin birgə səyləri nəticəsində ölkələr arasında etibarlı tərəfdaşlıq və səmimi dostluq münasibətləri qurulub, təhlükəsizliyə və sabitliyə mümkün risklərə qarşı mübarizə istiqamətində sıx əməkdaşlığın yaradılması üçün əhəmiyyətli addımlar atılmış və son zamanlar tərəflər arasında təmaslar daha intensiv xarakter alıb.

44 günlük Vətən müharibəsində qardaş Pakistan dövlətinin və xalqının Azərbaycanın haqlı və ədalətli mövqeyinə göstərdiyi birmənalı dəstəyi xüsusi vurğulayan Xidmət rəisi ölkələrin müvafiq təhlükəsizlik orqanları arasında olan münasibətlərin səviyyəsindən razılığını bildirərək, bu əlaqələrin genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün belə müntəzəm səfərlərin vacibliyini qeyd edib.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə minnətdarlığını çatdıran ordu generalı Qamar Caved Bacva bu görüşlərin tərəfdaşlıq münasibətlərinin güclənməsinə və dərinləşməsinə xidmət etdiyini, hər iki dövlətin maraq və mənafelərinin etibarlı qorunması, sülh və sabitliyin təmin olunması istiqamətində görülən işlərin, aparılan müzakirələrin mövcud əlaqələrin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tarix
2021.06.22 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri

Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?

Şaranın Azərbaycana səfəri başa çatdı

AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

Şara Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

İsrail və Suriya Bakıda danışıqlar aparacaq - KİV

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla