Yuxarı

Zaqatala sakininin evindən silah və civə çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatala sakininin evindən silah və civə çıxdı

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə Asif adlı şəxsin narkotik vasitələrin və zəhərli maddə hesab edilən civənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs, Zaqatala rayonu Yuxarı Tala kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Asif Davudov tutulub. Onun yaşadığı evə baxış keçirilən zaman müxtəlif növ narkotik vasitələr -heroin, tiryək, qurudulmuş marixuana, psixoptop maddə olan metamfetamin, metadon həbləri, elektron tərəzilər, içərisində heroin və tiryək məhlulu olan 8 ədəd şpris, eləcə də qanunsuz olaraq saxladığı qoşalülə ov tüfəngi və ona aid olan 11 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb. Davam etdirilən tədbirlərlə A.Davudovun evindən zəhərli maddə hesab edilən civə də aşkarlanıb. Araşdırma zamanı onun həmin maddəni satmaq məqsədilə evində saxladığı məlum olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2021.06.23 / 09:39
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla