Yuxarı

Şadlıq saraylarında kondisionerə icazə verilmir? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şadlıq saraylarında kondisionerə icazə verilmir? - Rəsmi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərinin işlədilib-işlədilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Axar.az xəbər verir ki, agentliyin bununla bağlı yaydığı məlumatda deyilir:

"Son günlərdə şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərin işləyib-işləməyəcəyi geniş müzakirə mövzusudur. Bildiyiniz kimi, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq tənzimlənir. Əlavə olaraq, 50 nəfərdən 150 nəfərə qədər olan şənlik mərasimlərinin keçirilməsi ilə bağlı əlavə metodiki göstərişlər təsdiq olunaraq yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

Bildirmək istərdik ki, sözügedən göstərişlərdə kondisionerlərə və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməyib.

Qaldırılan digər məsələlərdən biri də fərdi yaşayış evlərinin həyətlərində keçirilən şənlik mərasimləri ilə bağlıdır. Bununla bağlı bildirmək istərdik ki, həyətlərdə, bağ yerlərində şənlik mərasimlərinin keçirilməsinə yalnız “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş tələblərə riayət edildiyi və qonaq sayı 50 nəfərə qədər olduğu halda icazə verilir".

Tarix
2021.06.24 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla