Yuxarı

Azad olunan ərazilərə keçmək istəyənlər tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad olunan ərazilərə keçmək istəyənlər tutuldu

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, iyunun 27-də saat 23 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Tovuz rayon sakinləri Zamin Abbasov, Elnur Əliyev, Novruz Vəliyev və Rövşən Vəliyev sonuncunun idarə etdiyi avtomaşınla birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar.

Polis şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Tarix
2021.06.28 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Trampdan Azərbaycan açıqlaması: Putin buna inana bilmirdi...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla