Yuxarı

MTRŞ-dan 18+ açıqlaması

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ-dan 18+ açıqlaması

Filmin və ya proqramın azyaşlıların şəxsi mənafeyinə xələl gətirə bilmə ehtimalını bildirmək üçün xüsusi işarələrə ehtiyac yoxdur.

Bu sözləri Milli Tеlеviziyа və Rаdiо Şurаsının Aparat Rəhbəri Toğrul Məmmədov bir çox kanallarımızda "ağıllı işarələr"in olmaması ilə bağlı Axar.az-a danışarkən deyib:

"2015-ci ilin aprel ayında Milli Televiziya və Radio Şurası uşaqlar və yetkinlərlə bağlı kodsuz yayımlanan film və proqramlar haqda yeni qaydalar müəyyən etdi. Əgər televiziya efirində yayımlanan materialda azyaşlıların və yetkinlik dövrünə çatmayanların şəxsi mənafeyinə xələl gətirmə ehtimalı olan material yayımlanacaqsa, bu, saat 23:00-dan səhər 07:00-a qədər olmalıdır. Belə olduğu hala, heç bir ağıllı işarəyə və ya xəbərdarlığa ehtiyac qalmır. Onsuz da müəyyən olunmuş zaman kəsiyində yayımlanan materiallar öz yayım saatı ilə müəyyən xəbərdarlıq mesajı ötürür".

Qeyd edək ki, 18+ tipli "ağıllı işarələr" uşaqları və gəncləri verilişlərin, filmlərin zərərli təsirlərdən qorumaq üçün müəyyən edilmiş işarələr sistemidir. Son vaxtlar verilişlərdə təhqiramiz ifadələrin işlənməsi "ağıllı işarələr"in bütün kanallara tətbiqinin zəruri olmasını gündəmə gətirmişdi.

Tarix
2015.07.06 / 12:02
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla