Azərbaycan Prezidentinin keçmiş köməkçisi, politoloq Eldar Namazov yeni təşkilat yaradıb.
Axar.az Qaynarinfo-ya istinadən xəbər ki, artıq bir müddətdir təşkilat fəaliyyətə başlayıb.
"90-cı illərdə Strateji Araşdırmalar Mərkəzi adlı təşkilat yaratmışdım. Sonradan həmin təşkilatın əməkdaşları, o cümlədən mən müxtəlif dövlət vəzifələrinə təyinat aldıq. Ona görə də təşkilatın fəaliyyətini dondurdum. İndi bu təşkilatın yenidən fəaliyyətinə ehtiyac var. Buna görə də Strateji Araşdırmalar Mərkəzinin bazasında Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzini təsis etdik. Azərbaycanın ətrafında geopolitik proseslərin getdiyi bir dönəmdə hadisələrin dəqiq araşdırılması və təhlil olunması gərəkdir”, - deyə Eldar Namazov bildirib.
Politoloq qeyd edib ki, artıq müəyyən işlər görməyə başlamışıq:
"Sadəcə, indi pandemiya dövrü olduğundan təşkilat şəbəkə formasında fəaliyyət göstərir. Bununla belə, biz üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq. Necə deyərlər, addım-addım irəliləyirik”.