Yuxarı

Oxçuçayı bu alman şirkəti çirkləndirir - TRT Deutsch

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman “Cronimet Holding” şirkətinin fəaliyyəti nəticəsində Ermənistandan başlanğıcını götürən və Azərbaycan ərazisindən keçən Oxçuçay çayı sənaye tullantıları ilə çirkləndirilir.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu TRT Deutsch portalı işğaldan azada edilmiş Zəngilan rayonundan hazırlanan reportajda xüsusi vurğulanıb.

Reportajda müxbir Rana Taşkoparan Azərbaycanın su ehtiyatlarının, xüsusən də Oxçuçay çayının çirklənməsindən narahatlığını ifadə edib.

Süjetdə "Cronimet Holdinq"in Ermənistandakı mədən sənayesində fəal iştirak etdiyi və bununla da Oxçuçay çayının sənaye tullantıları ilə çirkləndirildiyi qeyd olunur. Çay o qədər çirkləndirilib ki, burada ağır metallar normadan artıq səviyyəyə çatıb. Təbii ki, bunun fəsadları da saymaqla bitən deyil. Amma görünən odur ki, Ermənistan ərazisində fəaliyyət göstərən mis-molibden zavodu və mis-filiz saflaşdırma kombinatının tullantıları Oxçuçaya axıdıldığından bu çay fəlakətə çevrilib. Oxçuçayın suyunun laboratoriya analizi göstərib ki, burada böyük və təhlükəli həcmdə ağır metallar, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom var.

Müxbir bu şirkətin Almaniyanın Karlsruhe şəhərində yerləşdiyini və yüzdə 60 paya sahib olan Ermənistanın ən böyük vergi ödəyicisi olan Zangezur Mis-Molibden kombinatının əsas səhmdarı olduğunu diqqətə çatdırıb.

TRT Deutsch qeyd edir ki, Oxçuçay çayının Ermənistan tərəfindən mədən sənayesi tərəfindən çirklənməsi regional problemdən qlobal problemə çevrilir. Çirklənmə səviyyəsi humanitar fəlakətin astanasındadır. Bu isə, Cənubi Qafqazın ən böyük su mənbələrindən biri olan Araz çayının suyunun keyfiyyətinə mənfi təsir edir.

Tarix
2021.07.25 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla