Yuxarı

“Patı" istifadə edəni necə tanımalı? - 12 əlamət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan"şüşə -patı" demək olar ki, əksər ölkələri cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur. Lakin yenə də bu yolun yolçuları "məslək"iərindən əl çəkmirlər...

Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr, 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb.

Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər?

Axar.az lent.az-a istinadən xəbər verir ki, bu barədə həkim psixiatr, narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınski cəmiyyət üçün lazımlı məlumatları verib:

"El arasında şüşə, patı adı ilə məlum olan, əslinfə tibbi adı metamfetamin olan narkotik maddədir.

Çox təhlükəli sintetik narkotikdir. Bu maddənin birinci dozasını qəbul edən kimi öyrəşmə, asılılıq yaradır.

Metamfetamin ilk dəfə Yapon alimləri tərəfindən müharibə dövründə sintez olunub. Yaponiya ordusunun əsgərləri heç vaxt yorğunluq hiss etməsinlər, aktiv və daha aqressiv olsunlar, müharibə dəhşətlərindən qorxmasınlar.

Nəyə görə şüşə adlandırılır: çünki bu maddə kristal formasındadır, şəffafdır, sınmış şüşənin qəlpələrinə bənzəyir.

Bu maddə psixostimulyatorlar qrupuna aiddir. Onun təsirinin əsasında biokimyəvi proseslər durur: bu maddə bədənə daxil olandan sonra adrenalin, serotonin, dofaminin maddələrin miqdarını sürətlə həddən artıq təhlükəli miqdarda artırır. Stimulyasiya olunmuş psixika bundan sonra dayana bilmir.

Aşağıdakı əlamətlərə görə uşağın şüşə qəbul etdiyini bilmək olar:

- Göz bəbəkləri daralır, birinci qəbuldan sonra bu baş verir

- Sifət qızarmış olur

- Gözlər şüşəyə bənzəyir, donuq olur. Elə bu narkotikin şüşə adlandırılmasının bir səbəbi də budur

- Baxışları bir nöqtəyə dikilir

- İnsan yerində sakit otura bilmir, əl-ayaqlarını boş yerə tərpədir, ovuşdurur

- Hamının sözünü kəsir, özü durmadan danışır

- Ətrafdakıların onun sözünə reaksiyasına əhəmiyyət vermir

- Dəridə qaşınma çoxalır, uşaq özünü tez-tez qaşıyır

- Uzun müddət qəbul edirsə, bədəndə müəyyən yaralar əmələ gəlir. Xəstələrin çiynində, kürəyində irinli yaralar olur. Bu yaralar burun və ağız içində də ola bilər

- Ucadan qışqırararaq danışırlar, fikirləri bir-birinə bağlı olmur, təfəkkür qırıqlığı olur. Bir fikri bitirməmiş o birinə keçir. Nə danışdığı bilinmir. Danışıq tezləşir.

- Qarşısı alınmaz, səbəbsiz aqressiya, davaya meyillik, digərlərinə hücum etmə

- Tənəffüs səthi və fasiləli olur

- Nəbz çox tezləşmiş, sürətlidir

- Güclü yuxusuzluq başlayır, xəstədə həyəcan, təşviş, təlaş halları olur

Bu əlamətlərə görə övladınızdan şübhələnə bilərsiniz.

Bütün sintetik narkotiklər - "şüşə", "kokos", "spayz" hamısı oxşar əlamətlər verir. Xəstənin bu narkotiklərdən hansını və neçə müddətdir qəbul etməsini həkim narkoloq və psixiatr müəyyən edə bilər".

Tarix
2021.08.08 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyəm

Azərbaycan və Pakistan XİN başçıları danışdı

150 milyon çinli turistin cəmi 1%-i Azərbaycana gəlsə... - Prezident

Elə mühit yaradır ki, sanki köhnə dostunuzla danışırsız - Prezident

Azərbaycan dəyişdi, amma prioritetlər yox - Prezident

Onların da dost olmasına ehtiyacımız var - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla