Yuxarı

Oğuz rayonunda sakinlər susuzluğa görə etiraz etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuz rayonunda sakinlər susuzluğa görə etiraz etdi - Video

Oğuz rayonunun Xaçmaz kəndində su qıtlığı yaşanır. Rayon içməli su ilə tam olaraq təmin olunsa da, kənddə bir neçə şəxs həyətinə qeyri-qanuni şəkildə əlavə su borusu çəkdirib. Bu səbəbdən suyun təzyiqi azalıb, nəticədə digər sakinlər susuz qalıb.

Bu barədə Axar.az-a kənd sakinləri məlumat verib.

Bildirilib ki, burada ümumilikdə 8 min nəfərə qədər sakin yaşayır. Kənddə 8 şəhid ailəsi var. Həmin şəhid ailələri də yay ərzində susuzluqdan əziyyət çəkiblər. Əhalinin kənd təsərrüfatına da ciddi ziyan dəyib. 10 gündən çoxdur, kəndin su kəmərinin əsas xətti də qəzalı vəziyyətə düşüb. Lakin su xəttinin təmiri ilə maraqlanan yoxdur. Su İdarəsinin rəisi isə edilən şikayətlərə məhəl qoymur.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, Oğuz rayonunun Xaçmaz kəndində baş verən sel və daşqınlarla əlaqədar çay yatağındakı mənbənin bir hissəsi yararsız vəziyyətə gəlib.

“Problemlə bağlı artıq həll planı var. Əlavə işlər görülüb. Çay yatağında baş vermiş qəza aradan qaldırılacaq. Kəndin su təminatı əvvəlki qaydada bərpa olunacaq”, - Anar Cəbrayıllı deyib.

Tarix
2021.09.14 / 11:34
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Zirəddin İranla bağlı dəhşətli proqnoz verdi - Foto

İranın düşdüyü hazırkı vəziyyət... - Sabir Rüstəmxanlı

Bu gün Bakıda mühüm iclas keçiriləcək

Qazaxıstan da Azərbaycana təşəkkür etdi

ABŞ İranı bombalayan B-1-lərin görüntülərini yaydı - Video

Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Üzərliklə bağlı daha bir rəsmi xəbərdarlıq

Xameneinin olduğu yerin koordinatlarını kim verib?

İranda müharibə: Azərbaycan heç vaxt olmadığı qədər çalışır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla