Yuxarı

Siyavuş Novruzov "çörək və benzin" haqda nə deyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siyavuş Novruzov "çörək və benzin" haqda nə deyib?

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Siyavuş Novruzovun adından çörəyin qiymətinin bahalaşması ilə bağlı yayılan fikirlər geniş müzakirəyə səbəb olub.

Axar.az xəbər verir ki, S.Novruzov iddialara cavab verib və bəzi sosial şəbəkə səhifələrdə onun adından həqiqətə uyğun olmayan və reallığı əks etdirməyən sözlər yayıldığını bildirib:

“İddia olunur ki, guya mən "benzin və çörək" barədə hər hansı ifadələr səsləndirmişəm. Qətiyyətlə bildirirəm ki, heç bir jurnalist mənə bu barədə sual ünvanlamayıb və təbii ki, mən heç bir fikir bildirməmişəm.

Dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır. Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur.

Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.

Qeyd edək ki, Siyavuş Novruzovun adından sosial şəbəkələrdə bu cür mətn yayılıb: “İllərlə çörək kəsdiyimiz jurnalistlər mənə zəng edirlər ki, benzindən sonra çörəyin də qiyməti qalxıb. Nə deyə bilərsiniz? Mənə, xahiş edirəm, bu haqda sual verməyin. Mən uzun illərdir ki, çörək yemirəm. Çörək məni kökəldir. Hər səhər ilıq su içirəm, axşam da çörəksiz quzu kababı yeyirəm. Baxın, o boyda dahi Sokrat deyirdi ki, bir insan üçün əxlaq tərbiyəsi çörək və paltardan daha vacibdir. Yəqin nə dediyimi anladınız”.

Tarix
2021.09.16 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Mehdiyevin Qəbələdə 3 villası varmış - Xüsusi məqam...

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi - Foto

Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq

Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

Şoyqu Usubovla bu gün görüş keçirəcək

Zəngəzur dəhlizi açılsa, Gürcüstan itirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla