Axar.az
Yuxarı

Üç qardaş-2021 təlimi başa çatdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə Üç qardaş-2021 beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasim keçirilib.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimlərin başa çatması münasibəti ilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi qulluqçuları təbrik edib.

İştirakçı ölkələrin Dövlət himnləri ifa olunduqdan sonra general-leytenant H.Mirzəyev qonaqlara və şəxsi heyətə müraciət edərək bildirib ki, təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər:

“Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz. Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”.

Təlim iştirakçılarını salamlayan Türkiyə Silahlı Qüvvələrinin XTQ komandanı general-leytenant Ömer Ertuğrul Erbakan böyük qürur hissi ilə vurğulayıb ki, Üç qardaş-2021 təlimi uğurla tamamlanıb:

"Aramızda var olan qardaşlıq bağları çox güclü olub və bundan sonra daha da güclənəcəkdir. Üç ölkənin xüsusi təyinatlıları arasındakı qarşılıqlı işbirliyi, təhsil və təlim fəaliyyətləri bundan sonra da davam edəcəkdir".

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn isə qeyd edib ki, çiyin-çiyinə dayanan Azərbaycan, Türkiyə və Pakistandan olan xüsusi təyinatlı qardaşlar arasında icra edilən birgə təlimin şahidi olmaq mənim üçün həqiqətən böyük şərəf və qürurdur:

“Təlim zamanı xüsusi təyinatlılar tərəfindən nümayiş olunan peşəkarlıq təqdirəlayiqdir. Üç qardaş-2021 təliminin həyata keçirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olunmuşdur. Bu da bütün iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verəcəkdir”.

Çıxışlardan sonra təlim iştirakçılarına xatirə hədiyyələri təqdim edilib və onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Üç qardaş-2021 beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimin rəsmi hissəsi başa çatdıqdan sonra əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin senarisi və rejissorluğu ilə hazırlanan "Bu gün bir yerdəyik, sabah da bir yerdə olacağıq!” adlı teatrlaşdırılmış mədəni proqram təqdim edilib.

Tarix
2021.09.21 / 09:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Koronaya yoluxanların sayı açıqlandı

İşıq tariflərinin dəyişdirilməsi bu səbəblərdən qaynaqlanır

FHN qüvvələri tərəfindən 5 nəfər xilas edildi

Nazirlik pensiya və təqaüdlərlə bağlı məlumat yaydı

Qaz tariflərinin dəyişdirilməsi səbəbləri və təsirləri...

Pensiya ilə bağlı sərəncamın icrasına başlanıldı

Şad xəbər: maaş, pensiya, müavinət və təqaüdlər artırılır

Prezident mədəniyyət xadimlərini təltif etdi - 2 sərəncam

Mingəçevirdə ayaqyolu qazarkən insan skletləri tapıldı

Başçı xanımı bu rüsvayçı çıxışına görə işdən çıxarıldı - Video

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla