Yuxarı

Nazir jurnalistləri təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir jurnalistləri təbrik etdi

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrini təbrik edib.

Axar.az xəbər verir ki, 140 il əvvəl, 22 iyulda Azərbaycanda dövri mətbuatın əsasını qoymuş "Əkinçi" qəzetinin nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır.

"Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız 140 illik tarixi ərzində çətin və şərəfli yol keçib, ağır sınaqlarla üzləşərək bu günə gəlib çatıb. Bu əlamətdar tarixin qeyd olunması artıq bir ənənəyə çevrilib. İnanırıq ki, bütün media nümayəndələri jurnalistikamızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara daim sadiq qalacaq, Zərdabi yolunu ləyaqətlə davam etdirəcəklər.

22 iyul Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrini təbrik edir, şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə yeni-yeni uğurlar arzulayırıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Sizin bizə olan diqqətinizi, bizimlə əməkdaşlığa verdiyiniz önəmi, o cümlədən ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və davamlı inkişafin təmin edilməsi sahəsindəki xidmətlərinizi daim yüksək qiymətləndirir və təqdir edir.

Sizi bir daha təbrik edir və Kütləvi İnformasiya Vasitələrinin ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolunda bundan sonra da uğurlu fəaliyyət göstərməsini arzulayırıq".

Xatırladaq ki, bu gün Azərbaycan mətbuatının yaranmasının 140 illiyidir.

Tarix
2015.07.22 / 11:28
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Bakıda mühüm tədbir başladı - Foto

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla