Yuxarı

Azərbaycan-Slovakiya biznes forumu keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:14

Oktyabrın 19-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən İKT, tikinti, qida və sair sahələrdə fəaliyyət göstərən 50-dək iş adamı iştirak edib.

Publika.az xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Slovakiya əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirilib ki, Slovakiya şirkətləri ölkəmizdə sənaye, tikinti və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında enerji, humanitar, turizm və sair sahələrdə də tərəfdaşlıq inkişaf edir.

Nazir müavini Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verib, slovakiyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.

Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb. İvan Korçok ölkəsinin iqtisadiyyatı barədə məlumat verib, sahibkarların iştirakı ilə keçirilən bu cür tədbirlərin işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev xarici investisiyaların təşviqi məqsədilə rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə danışıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın xarici iş adamlarına və investorlara ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.

Tarix
2021.10.19 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla