Yuxarı

Bakıda bal yarmarkası başladı: qiymətlər necədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bal yarmarkası başladı: qiymətlər necədir?

İlk dəfə olaraq ötən il pandemiya ilə əlaqədar yarmarkaya fasilə verildi. Hazırda karantin qaydaları yenə də qüvvədədir. Qaydalara riayət etməklə yarmarka keçirmək qərarı verdik.

Bu sözləri Axar.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

“Məqsədimiz arıçılarımıza öz məhsullarını satması üçün dəstək olmaqdır. Hazırda yarmarkamızda Azərbaycanın bütün iqtisadi rayonlarından arıçılıq fermerləri öz məhsullarını satışa çıxarıblar. Yarmarkada ümumi 250 arıçı var. Arıçıların iştirakı müvafiq saytımızda onlayn qeydiyyatla həyata keçirildi. Hər iqtisadi rayon üzrə qeydiyyatdan keçən ilk 20 arıçı iştirak etmək hüququ qazandı. Onların məhsullarından nümunələr götürülüb laboratoriyada analiz olundu. Tam keyfiyyətli ballar satışa çıxarılıb. Bu gün əminliklə deyə bilərəm ki, yarmarkada 250 arıçının satışa çıxardığı balların hamısı yüksək keyfiyyətlidir. İstəyirik ki, 18 gün ərzində arıçılarımız ən azı 1 il ərzində çəkdikləri əziyyətin bəhrəsini görsünlər”, - V.Hüseynov deyib.

Qurum rəsmisi bildirib ki, ümumilikdə şan məhsulu ilə birlikdə 120 ton məhsul satışa çıxarılıb:

“Müəyyən limitlər qoyulmuşdu. Azərbaycanda 21 mindən artıq arıçı var. Bunlar elektron sistemdə qeydiyyatdan keçmiş, hökumətdən subsidiya alan arıçılardır. Onların hamısını bir yerə yığıb yarmarka keçirmək mümkünsüzdür. Yarmarkalar tariximizdə ilk dəfə 2019-cu ildə ən çox - 370 arıçı yarmarkada iştirak etmişdi. İndiki pandemiya şəraitini nəzərə alaraq sosial məsafə və gigiyena qaydalarına riayət olunmalıdır. Ən azı 25 arı yeşiyi olan arıçılar seçilib. 400 kiloqramdan artıq məhsul satışa çıxarıla bilməz. Əgər 25 arı ailəsinin hərəsini 10 kiloqramdan hesablasaq, 250 kiloqram edir. Ötən il satış olmadığına görə həmin məhsulu da hesablayırıq. Bu, maksimum dəstəkdir. Qiymətləri isə fermerlər özləri sərbəst müəyyənləşdiriblər. Nazirlik bu məsələyə qarışmır. Meşə, çəmən, şabalıd, yaylaq, region balı istəyənlər var. Məhsula görə qiymətlər fərqlidir. Apardığımız monitorinq göstərir ki, qiymətlər 15-50 manat arasında dəyişir”.

Qeyd edək ki, bu gündən etibarən "Gənclik” metro stansiyasının yaxınlığı - Fətəli xan Xoyski küçəsi 5 ünvanında fəaliyyətə başlayan 21-ci bal yarmarkası noyabrın 7-nə qədər davam edəcək.

Tarix
2021.10.20 / 14:07
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

Bu deputatlara vəzifə veriləcək - Siyahı

Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla