Yuxarı

Vəzifəli şəxs belə tutuldu - Əməliyyat görüntüləri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəzifəli şəxs belə tutuldu - Əməliyyat görüntüləri

14:44

Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri barəsində daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Mübariz Ağakərim oğlu Zeynalov həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2.000 manat pul vəsaitinin 1.000 manatını alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1.000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanaraq, Mübariz Zeynalov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Tarix
2021.10.20 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

Bu deputatlara vəzifə veriləcək - Siyahı

Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla