Yuxarı

Sahibə Qafarova Andreas Aebi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibə Qafarova Andreas Aebi ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində İsveçrə Konfederasiyası Federal Assambleyası Milli Şurasının sədri Andreas Aebi ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Siyasi sahədə mövcud olan yüksək səviyyəli əməkdaşlığın iqtisadi sahədə əlaqələrin inkişafına da müsbət töhfə verdiyi qeyd olunub.

Söhbətdə Azərbaycanla İsveçrə Konfederasiyası arasında əlaqələrin inkişafında qanunverici orqanların rolu vurğulanıb, o cümlədən dostluq qrupların müsbət fəaliyyəti qeyd olunub. Bildirilib ki, qanunverici orqanlar arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlər və fikir mübadiləsi əhəmiyyətlidir.

Görüşdə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Tarix
2021.10.21 / 21:33
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla