Yuxarı

Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirləri davam etdirir.

FHN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən İmişli şəhəri ərazisində yerləşən İmişli Neft Terminalı MMC-yə məxsus İmişli Neft Terminalında plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb. Həmin insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, müvafiq qanunvericiliyin tələblərinə zidd olaraq, obyektin ərazisində aparılmış inşaat və yenidənqurma işləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Eləcə də yanacağı nəql edən boru xətlərinin yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib. Həmçinin ərazidə qəza anbarı və bəndlər inşa edilməyib, obyekt ildırımötürücü qurğu ilə təchiz olunmayıb. Elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb və təhlükəli vəziyyətdə istismarına yol verilib. Bundan başqa, obyektin normativ sənədlərin tələblərinə uyğun odsöndürənlərlə təchiz olunmadığı, ərazinin quru ot və kol-kosdan, yanar tullantı materiallarından təmizlənmədiyi, yanğın su hovuzunun saz vəziyyətə gətirilmədiyi və tələb edilən sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı məlum olub.

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam etdirilməsinin hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək ətraf ərazilərə yayılmaqla, o cümlədən yaxınlıqdakı yaşayış obyektləri üçün təhlükə riskini yaratmaqla faciəni qaçılmaz edəcəyi nəzərə alınaraq lazımi qərar qəbul edilib.

İmişli Neft Terminalının nümayəndəsi Məmmədov Xəqani Xəlil oğluna təqdim edilən qərara əsasən, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə “Yanğın təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsinin 9-cu bəndi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 28-ci maddəsi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələbləri rəhbər tutularaq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktlarının aşkarlandığı “İmişli Neft Terminalı” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus İmişli Neft Terminalında saxlanılan asan alışan mayelər kənarlaşdırılmaqla işlərin görülməsi dayandırılıb.

Tarix
2021.10.27 / 18:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla