Yuxarı

Hərbi prokuror “Tərtər işi”ndən danışdı: Fiziki zorakılıq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi prokuror “Tərtər işi”ndən danışdı: Fiziki zorakılıq...

Biz müəyyən eləmişik ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yalnız təqsirləndiirlən şəxslərə deyil, digər şəxslərə qarşı da qanunauyğun tədbirlər keçirilib:

“Biz istintaq gedişində bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik. Lakin sonra müəyyən elədik ki, həmin şəxslərin günahı yoxdur. Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub.

Təqsirləndirilən şəxslərə hökm çıxarıldı. Sonra məhkum olunmuş şəxslər həmin hökmlərdən apelyasiya şikayəti verdi. Daha sonra Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Həm apelyasiya, həm kassasiya mərhələlərində göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğundan hökmlər qüvvədə saxlanılıb. Bununla yanaşı Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən oldundu ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə ayrı-ayrı şəxslərə qarşı - söhbət dövlətə xəyanətdə şübhəli bilinən şəxslər barəsində gedir - fiziki zorakılıqlar, həm də çox ciddi zor tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işini başlayana kimi bir nəfər şəxs vəfat etmişdi”.

Tarix
2021.11.01 / 10:42
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla